Yakuza

Yakudza (yap. ヤクザ) — Yaponiya mafiya qruplaşması. Ginnesin rekordlar Kitabına görə dünyanın ən əhəmiyyətli cinayət fenomendir.

Əsası 17-ci əsrdə qoyulmuş Yakudzanın fəaliyyət dairəsinə ölkəyə Avropa və Amerikadan senzurasız pornoqrafiya importu, bədən alveri, reket və qanunsuz immiqrasiyanın təşkili aiddir. Çeçələ barmağının yoxluğu mafiya üzvü olmağın işarəsi sayılır. Dəstə üzvləri başçıdan üzr istəmək məqsədilə bu qurbana yol verirlər. Yakudzanın yuxarı ranqında duran üzvlərinin bir çoxunun bədəni tamamilə tatuaj ilə örtülmüşdür. Hazırda cinayətkar qrupun 2.500 ailəni təmsil edən 110.000 fəal üzvü vardır.


Developed by StudentB